Bülənt Qorxmaz “Alanyaspor” ilə vidalaşdı

Türkiyənin “Alanyaspor” komandasının baş məşqçisi Bülənt Qorxmaz istefa verib. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

53 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İstefaya komandanın son oyunlardakı uğursuz nəticələri səbəb olub. Belə ki, Alanya təmsilçisi son üç çempionat matçında cəmi 1 xal qazana bilib. Klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.

Bülənt Qorxmaz bu ilin sentyabrından “Alanyaspor”a rəhbərlik edirdi. O, Super Liqanın 4-cü turunda Çağdaş Atanın əvəzində bu posta gətirilmişdi. Komanda bu mütəxəssisin rəhbərliyi altındakı 18 oyunda 9 qələbə qazanıb, 4 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Qorxmaz 2009/10 mövsümündə Azərbaycanda “Bakı” komandasının baş məşqçisi vəzifəsində çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: