Bülənt Qorxmaz istefaya göndərildi

“Bakı”nın baş məşqçisi, türkiyəli futbol mütəxəssisi Bülənt Qorxmaz TFF Birinci Liqada mübarizə aparan “Antalyaspor”dan qovulub.

Arena.az bu barədə Türkiyə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

57 yaşlı mütəxəssislə müqaviləyə xitam verildiyi açıqlanıb. Klub Büləntə xidmətlərinə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qorxmazla 2026-cı ilin iyununda 1 illik müqavilə imzalanmışdı. Komanda onun rəhbərliyi altında çempionatda 6 qarşılaşmada 2 dəfə qalib gəlib, 4 dəfə məğlubiyyətlə üzləşib.

Xatırladaq ki, “Antalyaspor” bu məşqçi üçün doğma klubdur. Belə ki, Bülənt Qorxmaz 2018-2019 mövsümündə və 2021-ci ildə də Antalya təmsilçisinə rəhbərlik edib. O, sözügedən komandanı bütövlükdə 76 oyuna çıxarıb, 31 qələbə, 14 heç-heçə və 31 məğlubiyyət görüb.

Türkiyəli mütəxəssis 2009/2010-cu illər mövsümündə Azərbaycanda “Bakı”nın da baş məşqçisi olub. O, “Rizəspor”, “Alanyaspor”, “Konyaspor”, “Mersin İdman Yurdu”, “Kayseri Ərciyəsspor”, “Başakşəhər”, “Karabükspor”, “Qalatasaray”, “Erokspor” və “Gənclərbirliyi” kimi komandaları da çalışdırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: