Bundesliqa: “Bayern”ə qələbə üçün 1 qol bəs etdi

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 29-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü daha beş qarşılaşma baş tutub.

“Volfsburq” doğma meydanda “Arminiya”nı 4 cavabsız qolla üstələyib. “Herta” isə evdə “Union Berlin”lə görüşdə darmadağına üzülüb.

Səfərdə “Qroyter”lə üz-üzə gələn Mönxenqladbax “Borussiya”sı turu inamlı qələbə ilə başa vurub.

Beş qolun qeydə alındığı “Köln” – “Maynts” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Lider “Bayern” isə bu turda “Auqsburq”u qəbul edib. Münhen təmsilçisi bu görüşdə minimal hesabla üstün olub.

Almaniya Bundesliqası
29-cu tur

8 aprel

Ştutqart – Borussiya (Dortmund) 0:2
Qol: Brandt, 12; 71.

9 aprel

Bayern – Auqsburq 1:0
Qol: Levandovski, 82-pen.

Volfsburq – Arminiya 4:0
Qol: Nmeça, 11; 38. Arnold, 48. Kruse, 53.

Qroyter – Borussiya (Mönxenqladbax) 0:2
Qol: Turam, 18. Plea, 24-pen.

Köln – Maynts 3:2
Qol: Skhiri, 60. Lyubiçiç, 78. Kilian, 82 – Burkardt, 14. Onisivo, 55.

Herta – Union Berlin 1:4
Qol: Baumqartl, 49-öz qapısına – Haraquçi, 31. Promel, 53. Bekker, 74. Miçel, 85.

10 aprel

17:30. Bohum – Bayer
19:30. Ayntraxt – Frayburq
21:30. Leypsiq – Hoffenhaym

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: