Almaniyanın “Ayntraxt” klubu müdafiəçisi Timoti Çendler ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.
ABŞ milli komandasının da üzvü olan Çendler 2014-cü ildən “Ayntraxt” klubunda çıxış edir. Sağ cinah müdafiəçisi Almaniyada “Nürnberq”in də uğurları üçün çalışıb.


