Azərbaycanlı müdafiəçi Cəlal Hüseynov Rumıniyanın “Petrolul” komandasının ötən gün keçirdiyi çempionat matçına şans qazanmayıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası Rumıniya çempionatının 2026/2027-ci illər mövsümünün 10-cu turu çərçivəsində “Çiksereda” ilə qarşılaşıb.
“Petrolul” ev oyunundan 2:0 hesablı qələbə ilə ayrılıb. Cəlal görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Xatırladaq ki, azərbaycanlı müdafiəçi bu yay “Petrolul”a azad agent kimi qoşulub və 2 illik müqaviləyə imza atıb. O, sözügedən komandanın heyətində 8 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Petrolul” 10 oyuna topladığı 19 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Futbolçumuzun komandası 10 oyunda 6 qələbə qazanıb, 1 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.
“Zirə”nin yetirməsi olan Cəlal Hüseynov 2023-cü ilin iyun ayında Bolqarıstanın “Arda” klubuna keçib. Azərbaycanlı futbolçu bu komandada 87 rəsmi oyuna çıxıb, 5 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, 2025-ci ilin yayında yenidən Bolqarıstan klubuna qayıtmışdı.
Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 10 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.


