Canluici Buffon hələ də Tyaqo Mottanın uğuruna inanır

İtaliya futbolunun əfsanəsi, “Yuventus”un keçmiş qapıçısı Canluici Buffon Turin klubundan qovulmuş Tyaqo Motta haqqında danışıb.

Arena.az xəbər verir ki, o, bir müddət öncə “byankoneri”nin istefaya göndərdiyi braziliyaəsilli italiyalı mütəxəssisin gələcək uğurlarına hələ də inandığını bəyan edib:

“Mottanın “Yuventus”da işləri yaxşı getmədi? Bilmirəm… Futbolçu keçmişini və bir məşqçi olaraq hesaba alaraq, mən ona böyük ümidlər bəsləyirdim. Bu uğursuzluq ona daha da yaxşı olmağa rəvac verəcək. Mən hələ də onun gələcəkdə uğur qazanacağına inanıram”, deyə Canluici Buffon vurğulayıb.

Tyaqo Motta 2024-cü ilin iyul ayından “Yuventus”u çalışdırırdı. 42 yaşlı braziliyaəsilli italiyalı mütəxəssisin Turin klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi. Motta “byankoneri”ni 42 oyuna çıxarıb, 18 qələbə, 16 heç-heçə və 8 məğlubiyyət yaşayıb.

Motta “Yuventus”a qədər “Cenoa”, “Spetsiya” və “Bolonoya”nı da çalışdırıb.

Xatırladaq ki, Turin klubu “byankoneri”nin sükanı arxasına xorvat mütəxəsss İqor Tudoru təyin edib. Tudor cari mövsümün – iyun ayının sonuna qədər “Yuventus”u çalışdıraraq, növbəti mövsüm üçün Çempionlar Liqasına çıxarmaq tapşırığı alıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: