FIFA prezidenti Canni İnfantino ABŞ-da futbolun gələcəyi ilə bağlı qısa, amma çox iddialı açıqlaması ilə diqqət çəkib.
Arena.az “The Athletic” dərgisinə istinadən, İnfantinonun müvafiq açıqlamasını təqdim edir:
“Üç-dörd, uzağı beş ildən sonra, ABŞ-da futbol zirvədə olacaq. Yerli liqa isə dünyada ən yaxşılardan biri olacaq. Bu, dəqiqdir, çünki mən buradayam”, deyə İnfantino vurğulayıb.
İnfantino əlavə edib ki, futbolun ABŞ-da “1” nömrəli idman növünə çevrilməsi FIFA-nın əsas məqsədlərindən biridir. Həmçinin dünya futbolunun rəhbəri yerli liqada – MLS-də klubların səviyyəcə enib-qalxamsını tənzimləyəcək sistemə gərək olduğunu vurğulayıb.
Canni İnfantiono hazırda ABŞ-da keçirilən 2025-ci il FIFA Klub Dünya Kubokunda stadionlara tamaşaçıların cəlb edilməsi məqsədilə tədbirləri qabardıb. Məsələn, yarışın açılış oyununda, qrup mərhələsinin 1-ci turunun “Əl-Əhli” – “İnter Mayami” görüşünə (0:0) biletlər 4 ABŞ dolları məbləğ müqabilində satılıb. Oyunun keçirildiyi Mayaminin 64767 nəfərlik tutuma malik “Hard Rok” stadionu 60927 nəfər azarkeş toplayıb.


