İdman Arbitraj Məhkəməsi (CAS) 2012-ci ildə Olimpiya Oyunlarının gümüş mükafatçısı olmuş rusiyalı ağır atlet Tatyana Kaşirinanı cəzalandırıb.
Arena.az xəbər verir ki, CAS müvafiq qərarını Rusiya Antidopinq Agentliyinin (RUSADA) İntizam Komitəsinin bəraət hökmünə rəğmən qəbul edib.
Sözügedən qurum antidopinq qaydalarının pozulmasını əsas gətirərək, beşqat dünya çempionunu 8 il müddətinə diskvalifikasiya edib. İdmançının cəza müddəti 2030-cu ilin yanvarına qədər davam edəcək.
Xatırladaq ki, 2022-ci ildə RUSADA-nın İntizam Komitəsi Tatyana Kaşirinanın üzrərindən antidopinq qaydalarının pozulması ilə bağlı bütün ittihamları götürərək, idmançını təmizə çıxarmışdı.
Tatyana Kaşirina ağır atletika üzrə beşqat dünya çempionudur (2010, 2013, 2014, 2015, 2018). O, həm də səkkizqat Avropa çempionu (2009, 2010, 2011, 2012, 2014, 2015, 2017, 2019) və 2012 London Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.


