Cavad Nekunam – “Traktor”un yeni baş məşqçisi!

İranlı futbol mütəxəssisi Cavad Nekunam Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor”a baş məşqçi təyin edilib.

Arena.az bu barədə Təbriz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

45 yaşlı mütəxəssis qarşıdakı mövsümün sonunadək bu komandaya rəhbərlik edəcək. O, bu postda Məhəmməd Rabyeini əvəz edib. Hansı ki, sözügedən mütəxəssis bu ilin əvvəlində baş məşqçi postuna gətirilmişdi.

Cavad Nekunam məşqçilik kayrerasına 2016-cı ildə İran yığmasında köməkçi kimi başlayıb. O, “Xooneh”, “Nassaji”, “Fulad” və “İstiqlal” kimi komandalarda da baş məşqçi olub.

Xatırladaq ki, İran çempionatının 2025/2026-cı illər mövsümü ölkə ərazisindək müharibə şəraiti ilə əlaqədar tam başa çatdırılmayıb. Amma keçirdiyi 22 oyuna 39 xal toplayaraq ikinci yeri tutmuş “Traktor” yeni mövsümdə bu ölkəni Asiya Çempionlar Liqasının elit dəstəsində təmsil edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: