UEFA prezidenti Aleksander Çeferin Avropa klub yarışlarının yeni tərtibatı haqda söhbət açaraq, klubların məmnunluğunu bildirib.
Arena.az “O Jogo” dərgisinin “Kicker” nəşrinə istinadı əsasında, UEFA prezidentinin müvafiq açıqlamasını təqdim edir:
“Demək olmaz ki, hər şey tamamilə mükəmməl keçdi, amma bu, bizim gözləntilərimizi aşmış heyrətləndirici uğur idi. Bircə dəqiqəliyə Çempionlar Liqasını bir kənara qoyaq və Avropa Liqası ilə Konfrans Liqasına nəzər salaq. Mən büdcəsi 8 milyon avro məbləğində olan sloven klubunun 1/4 finala gəlib-çıxdığını gördüm. Çelye – 40 min nəfər əhali olan bir şəhərdir. Klub çərək finala gəlib-çıxmışdı və büdcəsi demək olar ki, 200 milyon avro məbləğində olan “Fiorentina” ilə bərbər səviyyədə mübarizə aparırdı. Yeni tərtibat belə klublara daha çox imkanlar verir. Həmrəy ödənişlərin yeni sistemi bu ildən işinə başlayıb. 4,4 milyard avro məbləğin 10%-i 440 milyon avro məbləğ deməkdir. Klublar şaddırlar. Onlar inanılmaz dərəcədə xoşbəxtdirlər – buna hətta inanmaq da çətindir.
Ümumikdə, bizim, Avropa liqaları ilə yaxşı münasibətlərimiz var. Onlar başa düşürlər ki, biz hamımız vahid ekosistemdə yaşayırıq və birlikdə işləməliyik”, deyə Çeferin vurğulayıb.
Xatırladaq ki, 2024/2025-ci illər mövsümündən etibarən, Avropanın qitəmiqyaslı hər üç klub yarışı yeni tərtibat üzrə eyni əsasda keçirilir. Hər üç yarışda 36 klub 4-ü evdə və 4-ü səfərdə olmaqla, ümumi Liqa mərhələsində iştirak edərək 8 oyun keçirirlər. Yarış cədvəlində ilk 8 yeri tutmuş klublar 1/8 finala birbaşa vəsiqə əldə edir. 25-ci yer daxil olmaqla aşağıda qərarlaşımış klublar yarışları tərk edirlər. 9-24-cü yerləri tutmuş klublar isə 1/8 finala vəsiqə uğurnda evdə və səfərdə olmaqla 2 oyun keçirirlər. Daha sonra ənənəvi qaydada ələmə oyunları – 1/8, 1/4 və yarımfinal mərhələsinin oyunları keçirilir.


