Çempion uduzdu, lider xal itirdi

Futbol üzrə İspaniya La Liqasında 7-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Turun açılış matçında “Atletiko” səfərdə autsayder “Alaves”in qonağı olub. Son çempion bu oyundan xalsız dönüb.

Lider “Real” bu turda “Vilyarreal”ın müqavimətini qırmağa çalışıb. Lakin Madrid təmsilçisi də turu xal itkisi ilə başa vurub.

“Valensiya” – “Atletik” matçı da heç-heçə bitib. “Sevilya” isə “Espanyol”u məğlub yola salıb.

İspaniya La Liqası
7-ci tur
25 sentyabr

Alaves – Atletiko 1:0
Qol: Laquardiya, 4.

Valensiya – Atletik 1:1
Qol: M.Andre, 90+5 – Martines, 69.

Sevilya – Espanyol 2:0
Qol: En Nesiri, 13. Mir, 87.

Real – Vilyarreal 0:0

26 sentyabr

16:00 Malyorka – Osasuna
18:15 Barselona – Levante
20:30 Rayo Valyekano – Kadis
20:30 Real Sosyedad – Elçe
23:00 Betis – Xetafe

27 sentyabr

23:00 Selta – Qranada