Çempionlar Liqası: “Qalatasaray” Lyublyanada 3 qola sevindi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 3-cü təsnifat mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşmanın keçirilməsi nəzərdə tutulmuşdu.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Yunanıstanda AEK-in qonağı olmalı idi. Amma bu görüş Afinada bir yunan fanatın xorvatiyalı azarkeşlər tərəfindən qətlə yetirilməsinə görə təxirə salınıb. Təxirə salınmış oyunun avqustun 18-də və ya 19-da azarkeşsiz keçirilməsi nəzərdə tutulub.

Ötən mərhələdə Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdırmış “Rakuv” Polşada Kiprin “Aris” klubunu sınağa çəkib. Polşalılar bu oyundan qələbə ilə ayrılıblar.

Türkiyə çempionu “Qalatasaray” isə Sloveniyada “Olimpiya” (Lyublyana) ilə qarşılaşıb. Bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” – HJK (Finlandiya) duelinin güclüsünə rəqib olacaq. Cütün favoriti olan İstanbul nəhəngi səfərdə baş tutan ilk oyunda darmadağınla qalib gələrək demək olar ki, pley-offa vəsiqənin taleyini həll edib.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin qalan 3 oyunu sabah – avqustun 9-da keçiriləcək.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
8 avqust

“Rakuv” (Polşa) – “Aris” (Kipr) 2:1

“Kopenhagen” (Danimarka) – “Sparta” (Praqa, Çexiya) 0:0

PSV (Niderland) – “Şturm” (Avstriya) 4:1

AEK (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) matçı təxirə salınıb

“Klaksvik” (Farer adaları) – “Molde” (Norveç) 2:1

“Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) 0:3

“Braqa” (Portuqaliya) – “Baçka Topola” (Serbiya) 3:0

9 avqust

22:00. “Panatinaikos” (Yunanıstan) – “Olimpik” (Marsel, Fransa)
22:30. “Slovan” (Bratislava, Slovakiya) – “Makkabi” (Hayfa, İsrail)
22:45. “Reyncers” (Şotlandiya) – “Servett” (İsveçrə)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: