Çempionlar Liqasında 2-ci raunda 7 oyunla start verildi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib. Arena.az xəbər verir, ilk oyun günündə yeddi qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ” Bakıda İsveçrə “Sürix”i ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu matç Ağdam klubunun qələbəsiylə başa çatıb.

Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) isə Xorvatiyada Şimali Makedoniyanın “Şkupi” komandası ilə qarşılaşıb. Dörd qolluq bu görüşdə qalib müəyyənləşməyib. Azərbaycan yığmasının üzvü zədə səbəbindən bu oyunun iştirakçısı olmayıb.

Litva “Jalgiris”i İsveç çempionu “Malmö”nü, Şimali İrlandiya “Linfild”i isə Norveçin ən güclüsü “Bodo Qlimt”i məğlub yola salıb. “Midtyulland” (Danimarka) – AEK (Larnaka, Kipr) matçında qalib müəyyənləşməyibsə, “Ludoqorets” (Bolqarıstan) “Şemrok Rovers”i (İrlandiya) darmadağınla yola salıb. “Pünik” isə Ermənistanda “Düdelanj”a (Lüksemburq) uduzub.

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin qalan ilk oyunları iyulun 20-də keçiriləcək. Bu mərhələnin cavab qarşılaşmaları isə ayın 26-27-də keçiriləcək. “Qarabağ”ın “Sürix”lə matçı iyulun 27-də baş tutacaq.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
19 iyul

Qarabağ (Azərbaycan) – Sürix (İsveçrə) 3:2
Pünik (Ermənistan) – Düdelanj (Lüksemburq) 0:1
Jalgiris (Litva) – Malmö (İsveç) 1:0
Ludoqorets (Bolqarıstan) – Şemrok Rovers (İrlandiya) 3:0
Midtyulland (Danimarka) – AEK (Larnaka, Kipr) 1:1
Linfild (Şimali İrlandiya) – Bodo Qlimt (Norveç) 1:0
Dinamo (Zaqreb, Xorvatiya) – Şkupi (Şimali Makedoniya) 2:2