Çempionlar Liqasında 2-ci raundun ilk oyunlarına yekun vuruldu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 5 qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ” da bu gün növbəti çıxıb. Ağdam klubu səfərdə Polşa çempionu “Rakuv”la üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu oyun təmsilçimizin məğlubiyyəti ilə başa çatıb.

Bu cütün qalibinin 3-cü raunddakı potensial rəqibləri olan Belarus BATE-si ilə “Aris” də Kiprdə üz-üzə gəliblər. Səkkiz qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri darmadağına seviniblər və demək olar ki, cütün taleyini həll ediblər.

“Şerif” də “Makkabi”ni (Hayfa) məğlub yola salıb. “Ludoqorets” – “Olimpiya” (Lyublyana) və “Klaksvik” – “Haken” matçlarında isə qalib müəyyənləşməyib.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları 1-2 avqustda keçiriləcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
26 iyul

“Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail) 1:0

“Aris” (Kipr) – BATE (Belarus) 6:2

“Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan) 3:2

“Ludoqorets” (Bolqarıstan) – “Olimpiya” (Lyublyana, Sloveniya) 1:1

“Klaksvik” (Farer adaları) – “Haken” (İsveç) 0:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: