Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 2-ci təsnifat mərhələsinə start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutacaq.
Günün ilk iki matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Türkiyə çempionu “Qalatasaray” Litvada “Jalgiris”in, Norveç “Molde”si isə Finlandiyada HJK klubunun qonağı olacaq.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su da mübarizəyə bu mərhələdən başlayacaq. Futbolçumuzun komandası Xorvatiyada Qazaxıstan “Astana”sını sınağa çəkəcək. Bu görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin digər ilk oyunları sabah – iyulun 26-da keçiriləcək. Sonuncu gündə beş qarşılaşma baş tutacaq. Azərbaycan çempionu “Qarabağ” da qitənin ən nüfuzlu klub turnirində növbəti matçına sabah çıxacaq. Ağdam təmsilçisi Polşa çempionu “Rakuv”un qonağı olacaq. Bu oyuna Bakı vaxtı ilə saat 22:15-də start veriləcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
25 iyul
20:00. “Jalgiris” (Litva) – “Qalatasaray” (Türkiyə)
20:00. HJK (Finlandiya) – “Molde” (Norveç)
22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan)
22:00. “Dnepr-1” (Ukrayna) – “Panatinaikos” (Yunanıstan)
22:30. “Servett” (İsveçrə) – “Genk” (Belçika)
23:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Slovan” (Slovakiya)
23:15. “Breydablik” (İslandiya) – “Kopenhagen” (Danimarka)


