Çempionlar Liqasında 3-cü raunda start verildi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma baş tutub.

İlk oyunda “Qarabağ”ın pley-offdakı potensial rəqibləri üz-üzə gəliblər. “Şerif” Moldovada Çexiyanın “Viktoriya” (Plzen) komandasını qəbul edib. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Bolqarıstanda “Ludoqorets”in qonağı olub. 25 yaşlı forvard zədə səbəbindən bu görüşdə iştirak edə bilməyib. Onun yoxluğunda komandası səfərdən qalib dönməyi bacarıb.

Niderland PSV-si Fransada “Monako” ilə qarşılaşıb. Bu oyunda komandalar hərəyə 1 qol vurublar. Şotlandiya “Reyncers”i Belçikada “Yunion” ilə dueldən məğlub ayrılıb. Danimarka “Midtyulland”ı da Portuqaliyada “Benfika” ilə oyunda ağır məğlubiyyətə üzülüb.

UEFA Çempionlar Liqasında 3-cü təsnifatu mərhələsinin qalan 5 oyunu avqustun 3-də keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” Bakıda Macarıstanın “Ferentsvaroş” komandasını qəbul edəcək.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
2 avqust

Şerif (Moldova) – Viktoriya (Plzen, Çexiya) 1:2

Ludoqorets (Bolqarıstan) – Dinamo (Zaqreb, Xorvatiya) 1:2

Monako (Fransa) – PSV (Niderland) 1:1

Yunion (Belçika) – Reyncers (Şotlandiya) 2:0

Benfika (Portuqaliya) – Midtyulland (Danimarka) 4:1