Çempionlar Liqasında 3-cü raundun ilk oyunları başlayır

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 3-cü təsnifat mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Yunanıstanda AEK-in qonağı olacaq.

Ötən mərhələdə Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdırmış “Rakuv” Polşada Kiprin “Aris” klubunu sınağa çəkəcək.

Türkiyə çempionu “Qalatasaray” isə Sloveniyada “Olimpiya” (Lyublyana) ilə qarşılaşacaq. Bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” – HJK (Finlandiya) duelinin güclüsünə rəqib olacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin qalan 3 oyunu sabah – avqustun 9-da keçiriləcək.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
8 avqust

22:00. “Rakuv” (Polşa) – “Aris” (Kipr)

22:00. “Kopenhagen” (Danimarka) – “Sparta” (Praqa, Çexiya)

22:30. PSV (Niderland) – “Şturm” (Avstriya)

22:45. AEK (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya)

22:45. “Klaksvik” (Farer adaları) – “Molde” (Norveç)

23:00. “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə)

23:00. “Braqa” (Portuqaliya) – “Baçka Topola” (Serbiya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: