Çempionlar Liqasında 3-cü raundun ilk oyunları yekunlaşdı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 3 qarşılaşma baş tutub.

Marsel “Olimpik”i “Panatinaikos”un qonağı olub. Fransa nəhəngi çətin səfər matçından məğlub qayıdıb. Hayfa “Makkabi”si isə Bratislavada “Slovan”la qarşılaşıb. Üç qolun qeydə alındığı bu qarşılaşmada qonaq komanda sevinən tərəf olub. Günün sonuncu matçı “Reyncers”lə “Servett” arasında keçirilib. Bu oyunda da qapılara üç qol vurulub. Amma yekunda sevinən tərəf Şotlandiya nəhəngi olub.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin bütün cavab oyunları avqustun 15-də keçiriləcək. Yunanıstan çempionu AEK-lə Zaqreb “Dinamo”su arasında ötən gün keçirilməli olan, lakin qanlı iğtişaşlar səbəbindən təxirə salınmış ilk oyun isə ya avqustun 19-da baş tutacaq. UEFA-nın qərarı və klubların da istəyi ilə hər iki oyun azarkeşsiz keçiriləcək.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
8 avqust

“Rakuv” (Polşa) – “Aris” (Kipr) 2:1

“Kopenhagen” (Danimarka) – “Sparta” (Praqa, Çexiya) 0:0

PSV (Niderland) – “Şturm” (Avstriya) 4:1

AEK (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) matçı təxirə salınıb

“Klaksvik” (Farer adaları) – “Molde” (Norveç) 2:1

“Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) 0:3

“Braqa” (Portuqaliya) – “Baçka Topola” (Serbiya) 3:0

9 avqust

“Panatinaikos” (Yunanıstan) – “Olimpik” (Marsel, Fransa) 1:0

“Slovan” (Bratislava, Slovakiya) – “Makkabi” (Hayfa, İsrail) 1:2

“Reyncers” (Şotlandiya) – “Servett” (İsveçrə) 2:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: