Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri bəlli olub.
Ağdam klubu 2-ci təsnifat mərhələsində İsveçrə “Sürix”ini üstələyəcəyi təqdirdə, “Ludoqorets” (Bolqarıstan)/”Şemrok Rovers” (İrlandiya) cütünün qalibi, “Ferentsvaroş” (Macarıstan)/”Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi və ya Kiprin “Apollon” (Limassol) komandası ilə üz-üzə gələ bilərdi. Püşk nəticəsində “Qarabağ” – “Sürix” cütünün bəxtinə “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi düşüb. “Qarabağ” – “Sürix” duelinin qalibi ilk görüşünü 2-3 avqustda öz meydanında, cavab qarşılaşmasını isə 9-10 avqustda səfərdə keçirəcək.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”sunun da növbəti mərhələdəki potensial rəqibi müəyyənləşib. Xorvatiya çempionu bu mərhələdə Bolqarıstan və ya İrlandiyaya səfər edəcək. İkinci raundda “Şkupi” ilə qarşılaşacaq zaqreblilər Şimali Makedoniya təmsilçisini üstələyəcəyi təqdirdə, növbəti mərhələdə “Ludoqorets (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. “Dinamo” – “Şkupi” cütünün qalibi ilk görüşü səfərdə keçirəcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 19-20 və 26-27 iyulda, 3-cü raundun görüşləri də 2-3 və 9-10 avqustda keçiriləcək.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
Çempionlar yolu
Makkabi (Hayfa, İsrail)/Olimpiakos (Yunanıstan) cütünün qalibi – Apollon (Limassol, Kipr)
Qarabağ (Azərbaycan)/Sürix (İsveçrə) cütünün qalibi – Ferentsvaroş (Macarıstan)/Slovan (Bratislava, Slovakiya) cütünün qalibi
Ludoqorets (Bolqarıstan)/Şemrok Rovers (İrlandiya) cütünün qalibi – Dinamo (Zaqreb, Xorvatiya)/Şkupi (Şimali Makedoniya) cütünün qalibi
Maribor (Sloveniya)/Şerif (Moldova) cütünün qalibi – HJK (Finlandiya)/Viktoriya (Plzen, Çexiya) cütünün qalibi
Linfild (Şimali İrlandiya)/Bodo Qlimt (Norveç) cütünün qalibi – Jalgiris (Litva)/Malmö (İsveç) cütünün qalibi
Srvena Zvezda (Serbiya) – Pünik (Ermənistan)/Düdelanj (Lüksemburq) cütünün qalibi
Liqa yolu
Monako (Fransa) – PSV (Niderland)
Dinamo (Kiyev, Ukrayna)/Fənərbaxça (Türkiyə) cütünün qalibi – Şturm Qrats (Avstriya)
Yunion (Belçika) – Reyncers (Şotlandiya)
Benfika (Portuqaliya) – Midtyulland (Danimarka)/AEK (Larnaka, Kipr) cütünün qalibi