Çempionlar Liqasında 32 xoşbəxt klub, səbətlər və oyun günləri

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin bütün iştirakçıları bəlli olub. Arena.az xəbər verir ki, son olaraq Xorvatiyanın “Dinamo” (Zaqreb), Danimarkanın “Kopenhagen” və Şotlandiyanın “Reyncers” klubları qrup mərhələsinə vəsiqə əldə ediblər.

Qrup mərhələsində ümumilikdə 32 komanda mübarizə aparacaq. Onlardan 26-sı UEFA reytinqində daha yüksək göstəriciyə malik ölkələrin təmsilçiləri olduqlarından, vəsiqələri birbaşa qazanıblar. Qalan 6 iştirakçı isə təsnifat mərhələsini uğurla adlayan kollektivlərdir.

ÇL-in qrup mərhələsində bu komandalar mübarizə aparacaqlar. Artıq onların səbətləri də məlumdur.

1-ci səbət
Real (İspaniya)
Ayntraxt (Almaniya)
Mançester Siti (İngiltərə)
Milan (İtaliya)
Bayern (Almaniya)
PSJ (Fransa)
Portu (Portuqaliya)
Ayaks (Niderland)

2-ci səbət
Liverpul (İngiltərə)
Çelsi (İngiltərə)
Barselona (İspaniya)
Yuventus (İtaliya)
Atletiko (Madrid, İspaniya)
Sevilya (İspaniya)
Leypsiq (Almaniya)
Tottenhem (İngiltərə)

3-cü səbət
Borussiya (Dortmund, Almaniya)
Zalsburq (Avstriya)
Şaxtyor (Donetsk, Ukrayna)
İnter (İtaliya)
Napoli (İtaliya)
Benfika (Portuqaliya)
Sportinq (Portuqaliya)
Bayer (Almaniya)

4-cü səbət
Reyncers (Şotlandiya)
Dinamo (Zaqreb, Xorvatiya)
Olimpik (Marsel, Fransa)
Kopenhagen (Danimarka)
Brügge (Belçika)
Seltik (Şotlandiya)
Viktoriya (Plzen, Çexiya)
Makkabi (Hayfa, İsrail)

UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü bu gün – avqustun 25-də Türkiyənin İstanbul şəhərində atılacaq. Tədbirə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Qrup mərhələsinin oyunlarının təqvimi də məlumdur. İlk turun oyunları 6-7 sentyabrda, son matçlar isə 1-2 noyabrda baş tutacaq.

1-ci tur – 6-7 sentyabr
2-ci tur – 13-14 sentyabr
3-cü tur – 4-5 oktyabr
4-cü tur – 11-12 oktyabr
5-ci tur – 25-26 oktyabr
6-cı tur – 1-2 noyabr

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: