Çempionlar Liqasında pley-offa vəsiqə qazanan klublar bəlli oldu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, 10 cavab qarşılaşmasının hamısı eyni gündə baş tutub.

Azərbaycan çempionu “Qarabağ” Macarıstanda “Ferenstvaroş”la üz-üzə gəlib. Ağdam təmsilçisi inamlı qələbə sayəsində növbəti mərhələyə yüksəlib. Bakıdakı ilk görüşdə qalib müəyyənləşməmişdi – 1:1.

Moldova “Şerif”i Çexiyada “Viktoriya” (Plzen) kollektivinin qonağı olub. Kişinyovdakı ilk qarşılaşmada “Şerif” 1:2 hesabı ilə uduzmuşdu. Cavab görüşündə də qalib gələn “Viktoriya” “Qarabağ”ın rəqibi olub.

Azərbaycanlı futbolçu Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su Xorvatiyada Bolqarıstan “Ludoqorets”ini sınağa çəkib. Xorvatiya çempionu ilk matçda bu rəqibinə qalib gəlmişdi – 2:1. Daha məhsuldar alınan cavab matçında da sevinən futbolçumuzun komandası olub. Mahir Emreli bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Digər cütlərdə “Bodo Qlimt” (Norveç), “Makkabi” (Hayfa, İsrail), “Srvena Zvezda” (Serbiya), “Benfika” (Portuqaliya), PSV (Niderland), “Dinamo” (Kiyev, Ukrayna) və “Reyncers” (Şotlandiya) komandaları növbəti mərhələyə vəsiqə qazanan tərəf olub.

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları

9 avqust

Jalgiris (Litva) – Bodo Qlimt (Norveç) 1:1
İlk oyun – 0:3

Apollon (Kipr) – Makkabi (Hayfa, İsrail) 2:0
İlk oyun – 0:4

Viktoriya (Plzen, Çexiya) – Şerif (Moldova) 2:1
İlk oyun – 2:1

Pünik (Ermənistan) – Srvena Zvezda (Serbiya) 0:2
İlk oyun – 0:5

Midtyulland (Danimarka) – Benfika (Portuqaliya) 1:3
İlk oyun – 1:4

Ferentsvaroş (Macarıstan) – Qarabağ (Azərbaycan) 1:3
İlk oyun – 1:1

Dinamo (Zaqreb, Xorvatiya) – Ludoqorets (Bolqarıstan) 4:2
İlk oyun – 2:1

PSV (Niderland) – Monako (Fransa) 3:2
İlk oyun – 1:1

Şturm (Avstriya) – Dinamo (Kiyev, Ukrayna) 1:2
İlk oyun – 0:1

Reyncers (Şotlandiya) – Yunion (Belçika) 3:0
İlk oyun – 0:2

Sonda pley-off mərhələsinin cütlərini təqdim edirik:

Qarabağ (Azərbaycan) – Viktoriya (Çexiya)

Bodo Qlimt (Norveç) – Dinamo (Zaqreb, Xorvatiya)

Makkabi (Hayfa, İsrail) – Srvena Zvezda (Serbiya)

Kopenhagen (Damimarka) – Trabzonspor (Türkiyə)

Liqa yolu

Dinamo (Kiyev, Ukrayna) – Benfika (Portuqaliya)

Reyncers (Şotlandiya) – PSV (Niderland)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: