Çempionlar Liqasının finalçılarının mükafat məbləği məlum oldu

UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünün final oyununun qalibi olacaq klubun əldə edəcəyi mükafatın məbləği məlum olub.

Arena.az xatırladır ki, qitənin ən nüfuzlu klub turnirinin finalında İspaniyanın “Real” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları qarşılaşacaqlar.

Cari mövsümdə Çempionlar Liqasının finalında qalib gələcək klub televiziya hüquqlarının qazancı xaric, təkcə həmin oyun üçün 17 milyon funt-sterlinq (19,9 milyon avro) məbləğində mükafat alacaq. Bu barədə “The Sun” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, finalda uduzmuş klub isə 12,9 milyon funt-sterlinq (15,1 milyon avro) məbləğində qazanc əldə edəcək.

Xatırladaq ki, Çempionlar Liqasında 2023/2024 mövsümünün final oyunu bu gün – iyunun 1-də Londonun “Uembli” stadionunda “Real” və Dortmund “Borussiya”sı arasında keçiriləcək. Həlledici oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: