“Cenoa” Andrey Şevçenkoya tapşırıldı

İtaliyanın “Cenoa” komandasının baş məşqçisi Davide Ballardini ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

57 yaşlı mütəxəssisin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. İtaliyalı məşqçi 2020-ci ilin dekabrından bu komandaya rəhbərlik edirdi.

“Cenoa” artıq yeni baş məşqçisini də tapıb. Sözügedən komandaya bundan sonra Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko rəhbərlik edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 45 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Şevçenko yeni təyinatıyla bağlı fikirlərini bildirib. Ukraynalı mütəxəssis bununla bağlı “İnstaqram” hesabında paylaşım edib: “Gəlin, birlikdə yeni macəraya başlayaq. “Cenoa”nın böyük tarixini geri qaytaracağıq”.

Qeyd edək ki, “Cenoa” A Seriyasında 12 oyundan sonra 9 xalla 17-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: