“Fənərbağça”nın Niderlanddan olan sol cinah müdafiəçisi Ceyden Ostervolde sol ayağından aldığı zədə səbəbindən əməliyyat edilib.
Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə vurğulanır ki, sol ayağının arxa əzələsində zədə almış futbolçunun Finlandiyada baş tutan əməliyyatı uğurlu keçib. 25 yaşlı mərkəz müdafiəçisinin 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Xatırladaq ki, Ceyden Ostervolde Niderlandın “Tvente” klubunun yetirməsidir. 22 yaşlı müdafiəçi 2022-ci ilin yayında “Parma”ya transfer olunub. “Fənərbağça” da onu 2023-cü ilin yanvarında 6 milyon avro müqabilində məhz “Parma”dan transfer edib. Müdafiəçinin Türkiyə klubu ilə 2028-ci ilin 30 iyununa kimi müqaviləsi var.
Ostervolde “Fənərbağça”da bütövlükdə 112 oyun keçirib, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


