Futbolda İdman Araşdırmaları Beynəlxalq Mərkəzi (CIES Football Observatory) komandasının oyununa ən təsirli oyunçunu açıqlayıb.
Arena.az “CIES Football Observatory”nin mətbuat xidmətinə istinadən məlumat verir ki, Mərkəzin dünyanın ən güclü 60 liqası arasında apardığı araşdırmanın nəticəsi, müvafiq göstəricidə ən yaxşı oyunçunun “Livepul”un 32 yaşlı misirli ulduzu, sağ cinah hücumçusu Məhəmməd Salah olduğunu müyyən edib.
Mərkəzin araşdırmasında növbəti şərtlər nəzərə alınıb: “ikinci mərtəbədə” – havada oyun, yerdə müdafiə, topun müəyyənləşdirilib ötürülməsi, qol vəziyyətlərinin yaradılması və hücumların məntiqi sonluqla – qolla başa çatdırılması. Salahın yekun əmsal balı mütləq – 100 bal təşkil eidb. Veteran Salah, “Barselona”nın 17 yaşlı ispaniyalı ulduzu, yeniyetmə sağ cinah hücumçusu Lamin Yamalı da üstələyib. Yamal Salahdan azacıq da (0,4 bal) olsa geri qalıb.
Komandasının oyununa ən təsirli oyunçulardan ibarət müvafiq onluğu təqdim edirik:
- Məhəmməd Salah (“Liveprul”) – 100 bal;
- Lamin Yamal (“Barselona”) – 99,6 bal;
- Maykl Olise (“Bayern”) – 98,1 bal;
- Rafinya (“Barselona”) – 93,2 bal;
- Luis Dias (“Liverpul”) – 91,4 bal;
- Morqan Rocers (“Aston Villa”) – 91,3 bal;
- Brayan Mbömo (“Brentford”) – 90,8 bal;
- Bradli Barkola (PSJ) – 90,5 bal;
- Usman Dembele (PSJ) – 88,8 bal;
- Vinisius Junior (Real) – 88,2 bal.


