ÇL: “Atletiko”, “Napoli” və “Bayer” darmadağına üzüldülər

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində 3-cü tura start verilib.

Arena.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.

London “Arsenal”ı doğma meydanda Madrid “Atletiko”sunu, “Barselona” isə “Olimpiakos”u qəbul edib. Hər iki oyunda meydan sahibləri darmadağına seviniblər.

Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Napoli” səfərdə PSV-nin qonağı olub. İtaliya çempionu biabırçı hesabla uduzub.

ÇL-in sonuncu qalibi PSJ Almaniyada “Bayer”ə “divan tutub”. “Mançester Siti” isə İspaniyada “Vilyarreal”ı 2 cavabsız qolla yenib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur
21 oktyabr

Barselona (İspaniya) – Olimpiakos (Yunanıstan) 6:1
Qollar: F.Lopes, 7; 39; 76. Yamal, 68-pen. Raşford, 74; 79.

Kayrat (Qazaxıstan) – Pafos (Kipr) 0:0

Arsenal (İngiltərə) – Atletiko (İspaniya) 4:0
Qollar: Qabriel, 57. Martinelli, 64. Dyökereş, 67; 70.

Bayer (Almaniya) – PSJ (Fransa) 2:7
Qollar: A.Qarsiya, 38-pen; 54 – Paço, 7. Due, 41; 45+3. Kvaratsxeliya, 44. N.Mendes, 50. Dembele, 66. Vitinya, 90.

Vilyarreal (İspaniya) – Mançester Siti (İngiltərə) 0:2
Qollar: Haland, 17. B.Silva, 40.

PSV (Niderland) – Napoli (İtaliya) 6:2
Qollar: Bonjorno, 35-öz qapısına. Saybari, 38. Man, 54; 80. Pepi, 87. Drioş, 89 – Maktominey, 31; 86.

Kopenhagen (Danimarka) – Borussiya (Dortmund, Almaniya) 2:4
Qollar: Anton, 33-öz qapısına. Dadason, 90 – Nmeça, 20; 76. Bensebaini, 61-pen. F.Silva, 87.

Yunion (Belçika) – İnter (İtaliya) 0:4
Qollar: Dumfris, 41. L.Martines, 45+1. H.Çalhanoğlu, 53-pen. Espozito, 76.

Nyukasl (İngiltərə) – Benfika (Portuqaliya) 3:0
Qollar: Qordon, 32. Barnes, 71; 83.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: