ÇL: “Benfika” “Fənərbağça”nı Liqa mərhələsinə buraxmadı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonncu oyun günündə dörd qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ”ın Macarıstanın “Ferentsvaroş” komandasını mübarizədən kənarlaşdırdığı günün maraqla gözlənilən matçlarından daha biri Portuqaliyada baş tutub. Türkiyə təmsilçisi “Fənərbağça” doğma meydanda qolsuz heç-heçəyə razılaşdığı “Benfika” ilə bu dəfə səfərdə qarşılaşıb. Minimal hesabla uduzmuş İstanbul klubu ÇL-lə vidalaşıb.

“Brügge” “Reyncers”i, “Kopenhagen” də “Bazel”i doğma meydanında məğlub edərək arzusuna çatıb.

Xatırladaq ki, ÇL-in Liqa mərhələsinin püşkü sabah – avqustun 28-də atılacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları

26 avqust

Kayrat (Qazaxıstan) – Seltik (Şotlandiya) 0:0, penaltilər 3:2 (ilk oyun 0:0)

Pafos (Kipr) – Srvena Zvezda (Serbiya) 1:1 (2:1)

Şturm Qras (Avstriya) – Bodo Qlimt (Norveç) 2:1 (0:5)

27 avqust

Qarabağ (Azərbaycan) – Ferentsvaroş (Macarıstan) 2:3 (3:1)

Benfika (Portuqaliya) – Fənərbağça (Türkiyə) 1:0 (0:0)

Brügge (Belçika) – Reyncers (Şotlandiya) 6:0 (3:1)

Kopenhagen (Danimarka) – Bazel (İsveçrə) 2:0 (1:1)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: