Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) bir gündə vurulmuş qolların sayına görə ən yaxşı ikinci göstərici qeydə alınıb.
Arena.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına istinadən xəbər verir.
Bu, qitənin bir nömrəli klub turnirinin 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin 3-cü turu çərçivəsində ötən gecə baş tutmuş 9 matçdan sonra gerçəkləşib. Keçirilmiş qarşılaşmalarda ümumilikdə 43 qol qeydə alınıb. Orta göstərici 4,8 olub.
Xatırladaq ki, daha yaxşı göstərici 2014-cü il oktyabrın 21-də qeydə alınıb. Həmin gün keçirilmiş 8 matçda qapılara 40 qol vurulub. Həmin vaxt orta göstərici 5-ə bərabər olub.
Ötən gecə keçirilmiş və qol qeydə alınmış ÇL oyunlarının siyahısı belədir:
Barselona (İspaniya) – Olimpiakos (Yunanıstan) 6:1
Arsenal (İngiltərə) – Atletiko (İspaniya) 4:0
Bayer (Almaniya) – PSJ (Fransa) 2:7
Vilyarreal (İspaniya) – Mançester Siti (İngiltərə) 0:2
PSV (Niderland) – Napoli (İtaliya) 6:2
Kopenhagen (Danimarka) – Borussiya (Dortmund, Almaniya) 2:4
Yunion (Belçika) – İnter (İtaliya) 0:4
Nyukasl (İngiltərə) – Benfika (Portuqaliya) 3:0
Ötən gün yalnız “Kayrat” (Qazaxıstan) – “Pafos” (Kipr) matçı qolsuz yekunlaşıb.


