ÇL: “Fənərbağça” “Şturm”a ilk oyunda qalib gəldi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Sabah” bu mərhələdə Danimarkanın “Orhus” kollektivi ilə görüşüb və məğlubiyyətlə üzləşib.

Türkiyənin “Fənərbağça” komandası isə “Şturm”la (Avstriya) qarşılaşıb. Bu oyunda da meydan sahibləri inamlı qələbəyə seviniblər.

ÇL-in 3-cü təsnifat mərhələsinin cavab görüşləri avqustun 11-də keçiriləcək.

UEFA Çempionlar yolu
3-cü təsnifat mərhələsinin ilk oyunları
4 avqust

Ararat (Ermənistan) – Çelye (Sloveniya) 2:1
Myallbü (İsveç) – Slovan (Slovakiya) 1:2
Hapoel (Beer-Şeva, İsrail) – Srvena Zvezda (Serbiya) 1:0
Levski (Bolqarıstan) – Kayrat (Qazaxıstan) 1:0
Dinamo (Zaqreb, Xorvatiya) – Kauno Jalgiris (Litva) 5:0
Olimpiakos (Yunanıstan) – NEK (Niderland) 0:0
Yunion (Belçika) – Bodo Qlimt (Norveç) 3:3
Sparta (Praqa, Çexiya) – Olimpik (Lion, Fransa) 2:1

5 avqust

Orhus (Danimarka) – Sabah (Azərbaycan) 2:1
Fənərbağça (Türkiyə) – Şturm (Avstriya) 2:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: