Bu gün keçirilmiş oyunlarla futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, qarşılaşmaların əksəriyyəti ilk oyun gününə təsadüf edib.
Qazaxıstan çempionu “Kayrat” Bolqarıstanda yerli “Levski”yə minimal hesabla məğlub olub.
Fransanın “Olimpik” (Lion) komandasının Praqada Çexiya “Sparta”sına uduzması da diqqət çəkib.
Azərbaycan çempionu “Sabah” bu mərhələdə Danimarkanın “Orhus” kollektivi ilə görüşəcək. Türkiyənin “Fənərbağça” komandası isə “Şturm”la (Avstriya) qarşılaşacaq. Bu oyunlar sabah keçiriləcək.
“Sabah”ın pley-off mərhələsindəki potensial rəqibləri olan “Hapoel” və “Srvena Zvezda” isə bu gün Macarıstanda üz-üzə gəliblər. Bu oyunda İsrail çempionu tək qolla üstün olub.
ÇL-in 3-cü təsnifat mərhələsinin cavab görüşləri avqustun 11-də keçiriləcək.
UEFA Çempionlar yolu
3-cü təsnifat mərhələsinin ilk oyunları
4 avqust
Ararat (Ermənistan) – Çelye (Sloveniya) 2:1
Myallbü (İsveç) – Slovan (Slovakiya) 1:2
Hapoel (Beer-Şeva, İsrail) – Srvena Zvezda (Serbiya) 1:0
Levski (Bolqarıstan) – Kayrat (Qazaxıstan) 1:0
Dinamo (Zaqreb, Xorvatiya) – Kauno Jalgiris (Litva) 5:0
Olimpiakos (Yunanıstan) – NEK (Niderland) 0:0
Yunion (Belçika) – Bodo Qlimt (Norveç) 3:3
Sparta (Praqa, Çexiya) – Olimpik (Lion, Fransa) 2:1
5 avqust
20:30. Orhus (Danimarka) – Sabah (Azərbaycan)
22:00. Fənərbağça (Türkiyə) – Şturm (Avstriya)


