Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində 6-cı tura yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 9 qarşılaşma baş tutacaq.
Günün maraqla gözlənilən matçı İspaniyada baş tutacaq. “Real” doğma azarkeşləri önündə İngiltərənin “Mançester Siti” komandası ilə üz-üzə gələcək.
ÇL-in sonuncu qalibi PSJ isə İspaniyada “Atletik”in qonağı olacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 6-cı tur
10 dekabr
21:45. Qarabağ (Azərbaycan) – Ayaks (Niderland)
21:45. Vilyarreal (İspaniya) – Kopenhagen (Danimarka)
00:00. Atletik (İspaniya) – PSJ (Fransa)
00:00. Bayer (Almaniya) – Nyukasl (İngiltərə)
00:00. Benfika (Portuqaliya) – Napoli (İtaliya)
00:00. Brügge (Belçika) – Arsenal (İngiltərə)
00:00. Borussiya (Dortmund, Almaniya) – Bodo Qlimt (Norveç)
00:00. Yuventus (İtaliya) – Pafos (Kipr)
00:00. Real (İspaniya) – Mançester Siti (İngiltərə)


