ÇL: “Mançester Siti” “Real”a səfərdə qalib gəldi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində 6-cı tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 9 qarşılaşma baş tutub.

Günün maraqla gözlənilən matçı İspaniyada baş tutub. “Real” doğma azarkeşləri önündə İngiltərənin “Mançester Siti” komandası ilə üz-üzə gəlib. “Şəhərlilər” səfərdə əzmkar qələbəyə seviniblər.

ÇL-in sonuncu qalibi PSJ isə İspaniyada “Atletik”in qonağı olub. Bu görüşdə qapılara qol vurulmayıb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 6-cı tur
10 dekabr

Qarabağ (Azərbaycan) – Ayaks (Niderland) 2:4
Qollar: Kamilo Duran, 10. Mateus Silva, 47 – Kasper Dolberq, 39. Oskar Qlux, 79; 90. Anton Qaey, 83.

Vilyarreal (İspaniya) – Kopenhagen (Danimarka) 2:3
Qollar: Komesana, 47. Oluvaseyi, 56 – Elyunussi, 2. Aşuri, 48. Kornelius, 90.

Atletik (İspaniya) – PSJ (Fransa) 0:0

Bayer (Almaniya) – Nyukasl (İngiltərə) 2:2
Qollar: B.Gimarayns, 13-öz qapısına. Qrimaldo, 88 – Qordon, 51-pen. Mayli, 74.

Benfika (Portuqaliya) – Napoli (İtaliya) 2:0
Qollar: R.Rios, 20. Barreyro, 49.

Brügge (Belçika) – Arsenal (İngiltərə) 0:3
Qollar: Madueke, 25; 47. Martinelli, 56.

Borussiya (Dortmund, Almaniya) – Bodo Qlimt (Norveç) 2:2
Qollar: Brandt, 18; 51 – Alesami, 42. Hauqe, 75.

Yuventus (İtaliya) – Pafos (Kipr) 2:0
Qollar: Makkenni, 67. C.David, 73.

Real (İspaniya) – Mançester Siti (İngiltərə) 1:2
Qollar: Rodriqo, 28 – Orayli, 35. Haland, 43-pen.

Xəbəri sosial şəbəkələrdə paylaş: