ÇL matçından əvvəl Avroliqanın himni səsləndirildi

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin 6-cı turunun bir matçından əvvəl Avropa Liqasının himni səsləndirilib.

Arena.az xəbər verir ki, maraqlı hadisə İspaniyanın “Vilyarreal” və Danimarkanın “Kopenhagen” komandaları arasında baş tutmuş görüşdən əvvəl baş verib.

Belə ki, La Liqa təmsilçisinin ev oyunlarını keçirdiyi “Estadio de la Seramika” stadionunda ÇL-in himni səsləndirilməyib. Əvəzində arenaya toplaşanlar Avroliqanın himnini dinləmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, beş qolun qeydə alındığı “Vilyarreal” – “Kopenhagen” matçı Danimarka təmsilçisinin 3:2 hesablı səfər qələbəsi ilə yekunlaşıb. İspaniya klubunun heyətində Santi Komesana (47) və Tani Oluvaseyi (56) fərqləniblər. “Kopenhagen”in qələbə qollarını isə Məhəmməd Elyunussi (2), Məhəmməd Aşuri (48) və Andreas Kornelius (90) vurublar.

ÇL-in Liqa mərhələsinin geridə qalmış 6 turundan sonra “Kopenhagen” 7 xalla 23-cü, “Vilyarreal” isə 1 xalla 35-ci sırada qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: