ÇL: “Qalatasaray” bu gün “Liverpul”u qəbul edəcək

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün əsas mərhələsinin 2-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.

Oyunlardan ikisinə Bakı vaxtı ilə saat 20:45-də, digərlərinə 23:00-da start veriləcək.

Türkiyə təmsilçisi “Qalatasaray” İstanbulda İngiltərənin “Liverpul” komandası ilə üz-üzə gələcək.

ÇL-in Liqa mərhələsinin 2-ci turunun qalan 9 oyunu oktyabrın 1-də baş tutacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 2-ci tur
30 sentyabr

20:45. Kayrat (Qazaxıstan) – Real (İspaniya)
20:45. Atalanta (İtaliya) – Brügge (Belçika)
23:00. Qalatasaray (Türkiyə) – Liverpul (İngiltərə)
23:00. Atletiko (İspaniya) – Ayntraxt (Almaniya)
23:00. Bodo Qlimt (Norveç) – Tottenhem (İngiltərə)
23:00. Çelsi (İngiltərə) – Benfika (Portuqaliya)
23:00. İnter (İtaliya) – Slaviya (Praqa, Çexiya)
23:00. Olimpik (Marsel, Fransa) – Ayaks (Niderland)
23:00. Pafos (Kipr) – Bayern (Almaniya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: