ÇL: “Qalatasaray” “Monako” ilə üz-üzə

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində 6-cı tura start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.

Türkiyə çempionu “Qalatasaray” səfərdə “Monako”nun qonağı olacaq.

Günün maraqla gözlənilən qarşılaşmalarından biri də İtaliyada baş tutacaq. “İnter” doğma azarkeşləri önündə İngiltərənin “Liverpul” komandasını qəbul edəcək.

Qeyd edək ki, ÇL-də Liqa mərhələsinin 6-cı turunun digər oyunları dekabrın 10-da baş tutacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 6-cı tur
9 dekabr

19:30. Kayrat (Qazaxıstan) – Olimpiakos (Yunanıstan)
21:45. Bayern (Almaniya) – Sportinq (Portuqaliya)
00:00. Atalanta (İtaliya) – Çelsi (İngiltərə)
00:00. Barselona (İspaniya) – Ayntraxt (Almaniya)
00:00. İnter (İtaliya) – Liverpul (İngiltərə)
00:00. Monako (Fransa) – Qalatasaray (İtaliya)
00:00. PSV (Niderland) – Atletiko (İspaniya)
00:00. Yunion (Belçika) – Olimpik (Marsel, Fransa)
00:00. Tottenhem (İngiltərə) – Slaviya (Çexiya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: