ÇL: “Qarabağ” Bilbaoda “Atletik”lə üz-üzə

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində üçüncü oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu İspaniya təmsilçisi “Atletik”lə üz-üzə gələcək.

Sözügedən komandalar arasındakı oyun Bilbaoda, “San Mames” stadionunda baş tutacaq. Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə uğurlu start verib. Ağdam klubu ilk turda səfərdə Portuqaliya təmsilçisi “Benfika”ya 3:2 hesabıyla qalib gəlib. İkinci turda isə Azərbaycan çempionu Danimarka nəhəngi “Kopenhagen”i diz çökdürüb – 2:0.

“Atletik” isə ÇL-in Liqa mərhələsində keçirdiyi hər iki oyundan xalsız ayrılıb. La Liqa təmsilçisi ilk turda evdə “Arsenal”a (İngiltərə) 0:2, ikinci turda isə səfərdə Dortmund “Borussiya”sına (Almaniya) 1:4 hesabıyla uduzub.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsindəki növbəti oyununu noyabrın 5-də evdə İngiltərənin “Çelsi” komandasına qarşı keçirəcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur
22 oktyabr

“Atletik” – “Qarabağ”
Hakimlər: İqor Payaç, Boyan Zobenitsa, İvan Mixali, Zdenko Lovriç (hamısı Xorvatiya).
VAR: İvan Bebek (Xorvatiya).
AVAR: Fedayi San (İsveçrə).
Bilbao. “San Mames” stadionu. Saat 20:45

Xəbəri sosial şəbəkələrdə paylaş: