ÇL: “Sabah” “Nimbruk”a məğlub oldu

Basketbol üzrə Azərbaycan çempionu “Sabah” FIBA Çempionlar Liqasının 2025/26 mövsümünün əsas mərhələsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, paytaxt klubu bu gün keçirdiyi ilk oyunda məğlubiyyətə üzülüb.

Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Çexiyada “Nimburk”un qonağı olub. B qrupu çərçivəsində gerçəkləşmiş qarşılaşma rəqibin 93:65 hesablı qələbəsi ilə yekunlaşıb.

“Sabah” FIBA Çempionlar Liqasındakı növbəti oyununu oktyabrın 15-də Bakıda “Alba”ya (Almaniya) qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: