ABŞ millisinin və Mönhenqladbax “Borussiya”sının hücumameyilli yarımmüdafiəçisi Covanni Reyna bundan sonra “Strasburq”un formasını geyinəcək.
Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.
Liqa 1 təmsilçisi bu transfer üçün Almaniya klubuna 3 milyon avro ödəyib. 23 yaşlı futbolçu yeni klubu ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulmuş 5 illik müqaviləyə imza atıb.
Covanni Reyna futbola “Nyu York Siti” klubunda başlayıb. 2020-ci ildə Dortmund “Borussiya”sına üz tutmuş yarımmüdafiəçi 2024-cü ildə “Nottingem Forest”də icarədə də olub. O, 2025-ci ildə Dortmund təmsilçisindən 4 milyon avro müqabilində Mönhenqladbax “Borussiya”sına keçmişdi. Amerikalı futbolçu bu komandanın heyətində 20 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
2020-ci ildən ABŞ yığmasında çıxış edən Reyna millinin heyətində 43 oyun keçirib, 10 qol vurub, 6 assist edib.


