Cüdo üzrə böyüklərdən ibarət Azərbaycan millisi Macarıstanın Tata şəhərində keçirilən Olimpiya təlim düşərgəsində iştirak edir. Arena.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan toplanışa aprelin 11-də start verilib.
Hazırlıq prosesi ayın 15-nə qədər davam edəcək. Təlim düşərgəsinə 38 ölkədən 300-dən çox idmançı qatılıb.
Azərbaycan millisi təlim-məşq toplanışına bu heyətlə yollanıb:
Turan Bayramov, Balabəy Ağayev, Əhməd Yusifov, Orxan Səfərov, Hidayət Heydərov, Səid Mollayi, Zelim Tçkayev, Məmmədəli Mehdiyev, Murad Fətiyev, Zelim Kotsoyev və Uşanqi Kokauri.
Azərbaycanlı cüdoçulara performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılov rəhbərlik edirlər.


