Cüdo yığmalarımız Avropa çempionatına bu heyətlə yollanır

Cüdo üzrə qadınlardan və kişilərdən ibarət Azərbaycanın milli komandaları qarşıdakı Avropa çempionatına hazırlığı başa çatdırıblar.

Arena.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli və baş katib Rəşad Rəsullu milli komandaların düşərgəsinə baş çəkiblər. Onlar cüdoçuların hazırlığı ilə maraqlanıblar, idmançılarımıza yarışda müvəffəqiyyətlər arzulayıblar.

Xatırladaq ki, Azərbaycan cüdoçuları Avropa çempionatına hazırlıq məqsədilə İspaniya, Slovakiya, Özbəkistanda və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.

3-5 noyabrda Fransanın Monpelye şəhərində keçiriləcək Avropa çempionatında Azərbaycan qadınlar və kişilər arasında 9 çəki dərəsində 11 cüdoçu ilə təmsil olunacaq. Cüdoçularımız AÇ-də ACF-nin vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.

Çempionata qatılacaq heyəti təqdim edirik:

Qadınlar

-48 kq
Leyla Əliyeva

-52 kq
Gültac Məmmədəliyeva

Kişilər

-60 kq
Balabəy Ağayev
Turan Bayramov

-66 kq
Yaşar Nəcəfov

-73 kq
Hidayət Heydərov
Rəşid Məmmədəliyev

-81 kq
Zelim Tçkayev

-90 kq
Murad Fətiyev

-100 kq
Zelim Kotsoyev

+100 kq
Uşanqi Kokauri

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: