Futbol üzrə İtaliyanın gənclərdən ibarət yığmalarının sabiq müdafiəçisi Culio Donati “Montsa” klubu ilə müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu yay məhz “Montsa”dan ayrılandan bəri klubsuz olan 33 yaşlı futbolçu yenidən bu komandaya qaytarılıb.
Sağ cinah müdafiəçisi ilə yeni müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub.
Culio Donati 2020-ci ilin sentyabr ayından “Montsa”nın uğurları üçün çalışırdı. O, bu komandada 67 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Müdafiəçinin formasını geyindiyi klublar arasında “Maynts”, “Bayer”, “Leççe”, “Padova”, “Qrossseto” və “İnter” də var. O, vaxtilə İtaliyanın U-20 və U-21 yığmalarında oynasa da, əsas milliyə cəlb olunmayıb.


