Dadaş Dadaşbəyli dünya kubokunda 3 gümüş medal qazandı

Azərbaycanın milli atleti Dadaş Dadaşbəyli Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya kubokunda 3 gümüş medal qazanıb.

Arena.az xəbər verir ki, 109 kq çəki dərəcəsində yarışan atletimiz birdən qaldırma hərəkətində 177 kq-ı ram edib.

Dadaş Dadaşbəyli bu hərəkətdə gümüş medala sahib çıxıb.

O, təkanla qaldırma hərəkətində 211 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.

Toplam 388 kq (177+211) nəticə gösərən Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutub. Nəticədə o, yarışı 3 gümüş medalla başa vurub.

Qeyd edək ki, martın 31-də start götürmüş bu yarışa aprelin 11-də yekun vurulacaq. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 110 ölkədən 466 (235+231) atlet iştirak edib. Azərbaycan millisi bu turnirə 5 atletlə qatılmışdı. Daha öncə qüvvəsini sınamış Nazilə İsmayılova (45 kq), İsa Rüstəmov, Ömər Cavadov (hər ikisi 73 kq) və Əli Şükürlü (102 kq) uğur qazana bilməmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: