Dani Karvaxal daha 4 il “Real”da!

İspaniyanın “Real” klubu futbolçusu Dani Karvaxal ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.

Dani Karvaxal 2013-cü ildən “Real”da çıxış edir. Sağ cinah müdafiəçisi Madrid klubunun öz yetirməsi olsa da, 2012/13 mövsümünü Almaniyanın “Bayer” klubunda keçirib. O, “Real”ın əsas komandasında keçirdiyi 294 oyunda 6 qola imza atıb. Karvaxal İspaniya yığmasında da 25 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: