Zorlamada ittiham edilən braziliyalı sabiq futbolçu Daniel Alves həbsxanadan buraxılması üçün borclu olduğu girov pulunu qaytarıb.
Arena.az bu barədə “Folha de S.Paulo” dərgisinin Daniel Alvesin vəkili İnes Qvardiolaya istinadı əsasında məlumat verir.
Daha əvvəl mətbuatda, Neymarın atasının zorlamaya görə 4,5 il müddətinə azadlıqdan məhrum edilmiş Daniel Alves üçün 1 milyon avro məbləğində girov ödənilməsinə kömək etdiyi barədə məlumatlar yayılmışdı. Vəkil İnes Qvardiola Braziliya millisinin keçmiş müdafiəçisinin Neymarın atasından 150 min avro məbləğində borc götürdüyünü və pulu bir həftə əvvəl geri qaytardığını bildirib.
Xatırladaq ki, martın 25-də Dani Alves 1 milyon avro məbləğində girov müqabilində həbsxanadan buraxılıb. 40 yaşlı veteran futbolçu zorlama maddəsi ilə təqsirli bilinərək 4,5 il müddətinə azadlıqdan məhrum edilib və həmçinin zərərçəkmişə mənəvi təzminat kimi 150 min avro məbləğində ödənişə mükəlləf edilib.
Bununla belə, Alves hazırda hökmdən apellyasiya şikayəti verməkdədir. Veteran futbolçu tələb edilən girovu ödədiyi üçün apellyasiya prosesi zamanı evində qala bilər, amma Daniel bir sıra şərtlərə əməl etməlidir.
Daniel Alves 2023-cü ilin yanvar ayının 20-dən Kataloniya həbsxanasında saxlanılırdı. Yanvar ayında məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülmüşdü. Şikayət ərizəsinə baxılınca Dani Alves məhkəmənin müvafiq şərtləri altında evində azad yaşaya bilər.


