Futbol üzrə İtaliya milli komandasının və “İnter”in mərkəz müdafiəçisi Danilo D’Ambrozio Milan klubundan ayrılıb.
Arena.az bu barədə D’Ambrozio sosial şəbəkə hesabında özü məlumat yayıb.
34 yaşlı veteran futbolçunun bu xüsusda yazdığı fikirləri diqqətinizə çatdırırıq:
“Karyeramı hər zaman dəstəklədiyim komandada başa vurmaq istərdim, amma bu mümkün olmadı. “İnter” mənim üçün əsl ailəyə çevrilib. Bu, sevgi, ehtiras, fədakarlıq və cəsarətdən ibarət böyük bir səyahət idi.
Məni hər zaman dəstəkləyən və qiymətləndirənlərə təşəkkür edirəm. Milan – bu, yalnız biz və yalnız bizik. Bir gün oğlumu da stadiona gətirəcəyəmə əminəm və biz birlikdə “İnter”i dəstəkləyəcəyik.
Ən xoş arzularla, sizin Danilonuz”.
D’Ambrozio 2014-cü ildən “İnter”də çıxış edirdi. 9 illik “İnter” karyerası boyunca D’Ambrozio “neradzurri”nin heyətində 284 oyuna çıxıb, 21 qol vurub, 20 məhsuldar ötürmə verib. O, bu komanda ilə beş kubok qazanıb: 1 skudetto, iki İtaliya Kuboku və 2 İtaliya Super Kuboku.
Xatırladaq ki, D’Ambrozionun “İnter”lə müqaviləsinin müddəti bu gün başa çatır. Klub onunla yeni sözləşmə imzlamaq istəməyib.
D’Ambrozio daha öncə “Potensa”, “Yuve Stabia” və “Torino” kimi klublarda da forma geyinib. O, İtaliya milli komandasında da 6 oyun keçirib.
“Transfermarkt” internet-portalı Danilo D’Ambrozionu 1,5 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, daha əvvəl “İnter” Bosniya və Herseqovinadan olan hücumçusu Edin Dzeko ilə də yollarını ayırmışdı. O, Türkiyənin “Fənərbaxça” klubuna transfer olunub. Milan klubu isə hazırda “Çelsi”nin müdafiəçisi Sezar Aspilikuetanı almaq üçün çalışır.


