İtaliyanın “Fiorentina” klubunun rəhbərliyi “bənövşələr”in 34 yaşlı ispan qapıçısı David de Xea ilə müqavilənin müddətini uzadıb.
Arena.az bu barədə klubun rəsmi saytına istinadən məlumat verir.
Yenilənmiş müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
De Xea “Fiorentina”ya 2024-cü ilin avqust ayında azad agent qismində qoşulub və tez bir zamanda “bənövşələr”in əsas heyətində möhkəmlənib.
İspan qapıçı Florenisya təmsilçisi üçün 42 oyun keçirib, 50 qol yeyib, 11 oyunda qapısının qoldan qoruya bilib.
Madrid “Atletiko”sunun yetirməsi olan De Xea İngiltərənin “Mançester Yunayted” klubunda da çıxış edib. O, futbolçu karyerasının 12 ilini “Mançester Yunayted”də keçirib. İspan qapıçı “qırmızı şeytanlar”la İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, 2 dəfə İngiltərə Liqa kuboku, 3 dəfə İngiltərə Super Kuboku, Avropa Liqasını qazanıb. Ümumilikdə De Xea “Mançester Yunayted”in heyətində 545 oyuna çıxıb, 590 qol buraxıb, 190 oyundan “quru” çıxıb.
2014-cü illin iyun ayında İspaniya yığmasında debüt etmiş David de Xea, millidə 45 oyuna çıxıb. O, bu oyunlarda 36 qol buraxıb, 21 matçda qapısını toxunulmaz saxlayıb.
“Transfermarkt” internet-portalı 34 yaşlı ispan qapıçının transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.


