David Ospina Meksika klubunda!

Futbol üzrə Kolumbiya yığmasının və İngiltərənin “Arsenal” klubunun sabiq qapıçısı David Ospina bundan sonra Meksikada çıxış edəcək.

Arena.az xəbər verir ki, 37 yaşlı qolkiper bu ölkənin “Atlante” klubu ilə anlaşıb.

“Atlante” təcrübəli futbolçunu heyətinə qatdığını açıqlayıb. Tərəflər arasındakı müqavilənin müddəti 2026-cı ilin sonunadək qüvvədə olacaq.

Xatırladaq ki, David Ospina 2024-cü ildən Kolumbiyanın “Atletiko Nasional” klubunun şərəfini qoruyurdu. Hansı ki, o, məhz bu klubun yetirməsidir. Lakin təcrübəli qolkiper 2008-ci ildə doğma klubundan ayrılaraq Avropaya üz tutmuşdu. Qapıçı İtaliyada “Napoli”, Fransada “Nitsa”, İngiltərədə “Arsenal”, Səudiyyə Ərəbistanında “Əl-Nəsr” klublarının da formasını geyinib.

Ospina 2007-ci ildən formasını geyindiyi Kolumbiya milli komandasının heyətində 131 matça çıxıb, 101 qol buraxıb, 61 matçda qapısını toxunulmaz saxlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: