İngiltərənin “Tottenhem” klubunun kolumbiyalı mərkəz müdafiəçisi Davinson Sançes Moskva “Spartak”ının təklifini rədd edəcək.
Arena.az bu barədə “The Guardian”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, İngiltərə Premyer Liqası öz klublarının rusiyalı həmkarları ilə iş birliyi qurmasına hər vəchlə mane olacaq.
Sançesin “Spartak”a yox, deyəcəyi və digər klublardan gələn təklifləri nəzərədən keçirəcəyi ehtimal edilir.
Bununla belə, İngiltərə Premyer Liqası öz klublarına Rusiya komandaları ilə iş aparmağa qadağa qoya bilməz. Amma qurum, Mədəniyyət, Mətbuat və İdman Departamentinin göstərişi ilə klublara risklərdən agah olamaq üçün xəbərdarlıq edəcək.
Daha əvvəl məlum olmuşdu ki, “Spartak” “Tottenhem”lə 27 yaşlı mərkəz müdafiəçi Sançesin transferini 12 milyon avro və bonuslar qarşılığında razılaşdırıb. İtalyan jurnalist-insayder Fabrisio Romanonun fikrincə, Sançesin “Spartak”a mümkün transferi onun qərarından asılıdır.
“Mahmızlar” Sançesin xidmətində maraqlı deyillər. Kolumbiyalı müdafiəçi əsas heyətə çox nadir hallarda salınır. Davinson Sançes ötən mövsüm 24 oyunda meydana çıxaraq, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Bu oyunların 10-da müdafiəçi meydana sonradan, əvəzedici kimi çıxıb.
“Transfermarkt” internet-portalı Davinson Sançesi 15 milyon avro məbləğində qiymətləndirir.
Bir müddət əvvəl “Qalatasaray”ın da Sançesin xidməyində maraqlı olduğu haqda məlumat yayılmışdı.


