DÇ-2026: ABŞ üçün mübarizə bitdi, Belçika 1/4 finalda

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

Mundialın ev sahiblərindən olan ABŞ yığması Belçika millisi ilə üz-üzə gəlib. Sietl şəhərində (Vaşinqton, ABŞ) təşkil edilmiş bu matçda Avropa təmsilçisi darmadağına sevinib.

Belçikanın heyətində Şarl de Ketelare dubla imza atıbsa, digər qolları Hans Vanaken və Romelu Lukaku vurublar. Amerikalıların yeganə qolu isə Malik Tillmanın aktivinə yazılıb.

Beləliklə, bu mundial sonuncu ev sahibini də itirib. Kanada və Meksikanın ardından ABŞ da dünya çempionatındakı çıxışını başa vurub. 1/4 finala yüksəlmiş Belçikanın bu raunddakı rəqibi isə İspaniya seçməsi olacaq.

Mundialın 1/8 finalına bu gecə keçiriləcək Argentina – Misir (20:00) və İsveçrə – Kolumbiya (00:00) oyunları ilə yekun vurulacaq. Daha öncə Fransa, Mərakeş, İspaniya, Norveç və İngiltərə yığmaları 1/4 finala vəsiqəni təmin ediblər.

DÇ-2026
1/8 final
7 iyul

ABŞ – Belçika 1:4
Qollar: Malik Tillman, 31 – Şarl de Ketelare, 9; 33. Hans Vanaken, 57. Romelu Lukaku, 90+3.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: