DÇ-2026: Meksika – Ekvador matçının başlama saatı dəyişdirildi

DÇ-2026-nın 1/16 final mərhələsində keçirilməli olan Meksika – Ekvador oyununun başlanğıcı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

Arena.az bu barədə FİFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Görüşün keçirilməsi planlaşdırılan Mexiko şəhərində güclü yağış və şimşəkli fırtına müşahidə olunur. Bu səbəbdən təşkilatçılar matçın startını ertələmək qərarına gəliblər. Oyunun ən azı bir saat sonraya təxirə salınması qərara alınıb.

Xatırladaq ki, bu qarşılaşma Bakı vaxtı ilə saat 05:00-da start götürməli idi. Amma yeni qərara əsasən, görüşün start fiti saat 06:00-da səslənəcək.

Qeyd edək ki, bu cütün qalibi 1/8 final mərhələsində İngiltərə – Konqo Demokratik Respublikası qarşıdurmasının qalibi ilə üz-üzə gələcək.

ABŞ, Meksika və Kanadada təşkil edilmiş DÇ-2026-ya iyulun 19-da keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: